Dünya futbolu
“Mançester Yunayted” – mütləq biabırçılıqdır”
30.09.2024 | 10:00
Keçmiş ingilis futbolçu Qari Nevill “Mançester Yunayted”in “Tottenhem”lə İngiltərə Premyer Liqasının 6-cı tur ev oyununda (0:3) “qırmızı şeytanlar”ın çıxışını tənqid edib.
Sports.az ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Düzünü desəm, onlar tamamilə biabırçılıq idilər. Bu, Erik ten Haqın “Mançester Yunayted”də gördüyüm ən pis çıxışlarından biridir və bu, nəsə deyir”, deyə Nevill niderlandlı mütəxəssisin mümkün qovulmasına eyham vurub.