Qrizmann Fernando Torreslə bağlı xatirəsini paylaşdı

Madrid “Atletiko”sunun 33 yaşlı fransalı hücumçusu Antuan Qrizmann “döşəkçilər”in heyətində oynamaq üçün Madrid klubunun ispan keçmiş hücumçusu Fernando Torresin ona hansı məsləhəti verdiyini xatırlayıb.

Sports.az Qrizmanın bu barədə xatirəsini təqdim edir:

'Xatırlayıram ki, Fernando Torres “Atletiko”ya qayıdanda ondan məsləhət istədim və o, həmişə mənə deyirdi: “Əgər burada, “Atletiko”da meydanda hər şeyi verirsənsə, qol vurub vurmamağın fərqi yoxdur. Hər top, hər dəqiqə, hər saniyə üçün mübarizə apardığını görsələr, azarkeşlər səni yüz faiz dəstəkləyəcəklər, sən gedənə qədər də belə olacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar