Ronaldo ÇL-də vurduğu qolu atasına həsr etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo Asiya Çempionlar Liqasının 2-ci turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.

Sports.az "A Bola"ya istinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.

O, "Ər-Rayyan"la matçın 77-ci dəqiqəsində fərqlənib.

Ronaldonun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya - Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar