“Futbol rəhbərləri bütün oyunçulara uyğun bir təqvim hazırlamalıdırlar”

“Real”ın və Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Tçuameni futbolçuların oyun təqviminin həddindən artıq yüklənməsi fəsadı haqda danışıb.

Sports.az fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Futbolun ən yüksək qurumları bir araya gələrək bizim hamımıza – futbolçulara uyğun olan bir təqvim üzərində razılığa gəlməlidirlər. Bizə güclənmək üçün həmkarlar ittifaqı gərəkdir. Qarşıda çoxlu oyunlar var və buna görə də zədələr çoxalır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar