Dünya futbolu
Harri Maquayr “Portu” ilə heç-heçədən sonra Erik ten Haq haqda fikrini bildirdi
05.10.2024 | 14:40
“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr Avropa Liqasının ümumi mərhələsinin 2-ci turunda “Portu” ilə oyunda heç-heçə (3:3) əldə etdikdən sonra, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq haqda danışıb.
Sports.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən altı ildir ki, bu klubda oynayıram və bunun necə işlədiyini bilirəm. Pis dövr keçirəndə futbolçular da, məşqçi də təzyiq altında olurlar. Ten Haq kifayət qədər təcrübəlidir və uzun müddətdir bu klubdadır. Ona görə də əminəm ki, o, bu məsələ ilə necə məşğul olacağını bilir. Bu, bu klubda oynamaq imtiyazınızın bir hissəsidir”.