Endrik “Real”a yönəlmiş tənqidləri öz simasında cavabladı

“Real”ın 18 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik məğlubiyyətlər müqabilində tənqidlərə münasibətindən söhbət açıb.

Sports.az xatırladır ki, Endrik “Real”ın Çempionlar Liqasının 2-ci turunda “Lill”ə məğlub olduğu (0:1) səfər oyununda “qaymaqlılar”ın başlanğıc heyətində meydana çıxıb.

“Düzünü desəm, mən beləsini görməmişəm. Futbol budur – bu gün qol vura bilərsən və hamı sevinəcək, amma sabah uduzanda isə səni yerə, ayaqlar altına atacaqlar.

Bu, artıq mənim başıma gəlib – çoxdan, “Palmeyras”da çıxış edəndə. Mən buna məhəl qoymamağı öyrənmişəm. Kiçikicik bir düyməni basıram: “Bu, əhəmiyyət kəsb etmir”. Sadəcə, məşqçimin və komanda yoldaşlarımın tövsiyələrinə əməl edirəm. Əhəmiyyətli olanı da elə, budur. Qalan hər şey məni heç zərrəcə narahat etmir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar