Qullit İbrahimoviçin “Milan”dakı fəaliyyətini təriflədi

“Milan”ın keçmiş futbolçusu Ruud Qullit Zlatan İbrahimoviçin “rossoneri”nin baş müşaviri vəzifəsində fəaliyyətindən danışıb.

Sports.az niderlandlı keçmiş futbolçunun bu barədə fikrini təqdim edir:

“Mənim ondan xoşum gəlirmi? Çox. “İbra” heç kəsə bənzəməyən futbolçu idi, indi də heç kəsə bənzəməyən bir insandır. O, ünsiyyətində qeyri-ənənəvidir, amma onun münasibəti şübhəsiz ki, komandadakı təzyiqi aradan qaldırmağa kömək edir. O, heç vaxt təsadüfi bir fəaliyyətə yol vermir, onun mətbuat konfransları isə heç vaxt darıxdırıcı olmur. Futbol dünyasının ona olduğu kimi ehtiyacı var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar