Dünya futbolu
“Bayern” rəsmisi Hamanın Keyn haqqında söylədiyi fikri şərh etdi
07.10.2024 | 15:45
“Bayern”in direktoru Maks Eberl Ditmar Hamanın Harri Keyni tənqid etməsinə münasibətini açıqlayıb.
Sports.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Didi” Hamann – qulaqlarımdakı səs-küy kimidir. O, hər üç gündən bir peyda olur”, deyə Eberl yarızarafat-yarıgerçək bildirib.
Xatırladaq ki, bir müddət əvvəl “Liverpul”un alman keçmiş futbolçusu Ditmar Hamann “Bayern”in hücumçusu Harri Keynin oyununu tənqid etmiş, ingilis futbolçuya, hələ də 100 milyon avro məbləğə layiq olduğunu sübut etməli olduğunu bildirmişdi.