“Barselona”nın futbolçusu noyabra qədər meydana çıxmayacaq

İspaniyanın "Barselona" klubunun hücumçusu Ferran Torres noyabra qədər meydana çıxmayacaq.

Sports.az xəbər verir ki, ispaniyalı futbolçunun sağ budunun arxa hissəsində əzələ qopub və o, bir ay futbol oynaya bilməyəcək.

24 yaşlı ön xətt oyunçusu oktyabrın 26-da baş tutacaq "Real"la oyunu da buraxacaq.

Torres cari mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 10 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar