Dünya futbolu
“Bayer”in Florian Virtsin gələcəyi ilə bağlı mövqeyi məlum oldu
11.10.2024 | 18:30
Leverkuzen “Bayer”i alman hücumameyilli yarımmüdafiəçi Florian Virtsə yeni müqavilə təklif etməyə hazırdır.
Sports.az xəbər verir ki, Virtsin “Bayer”lə yeni müqaviləsinin müddəti ən azı 2028-ci ilin yayına qədər uzadıla bilər.
Vurğulanır ki, hazırda Virtsin əvvəllər yarımmüdafiəçi ilə ciddi maraqlanan “Bayern” və ya “Real”a keçmək imkanını nəzərdən keçirdiyinə dair ortada heç bir əlamət yoxdur.