Dünya futbolu
“Bayern” Musialanın əməkhaqqını yüksəltməyə hazırdır
11.10.2024 | 16:00
“Bayern” münhenlilərin 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçisi Camal Musialanı klubda saxlamaq istəyir və futbolçunun maaşını ildə 25 milyon avro məbləğə çatdırmağa hazırdır.
Sports.az xəbər verir ki, bu halda Musiala “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keynlə birlikdə klubun ən yüksək maaş alan oyunçusu olacaq.
Münhen klubunun rəhbərliyi Musialaya müddəti 2029-cu və ya 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə təklif etmək niyyətindədir. Artıq “Bayern”in alman futbolçu ilə əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlara başladığı vurğulanır.
Musialanın “Bayern”lə cari müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.