Dünya futbolu
Palinya “Bayern”də keçirdiyi 154 dəqiqə haqda söhbət açdı
11.10.2024 | 19:00
“Bayern”in dayaq yarımmüdafiəçisi Juan Palinya keçən yay 50 milyon avro məbləğ müqabilində Münhen klubuna transfer edilməsinə rəğmən, komandanın heyətində bütün yarışlarda cəmi 154 dəqiqə oynamasını şərh edib.
Sports.az portuqal futbolçunun bu barədə fikrini təqdim edir:
“Mənim də vaxtım gələcək. Ona görə də hər gün çox işləyirəm. Fürsətimi əldə etmək üçün mübarizə aparıram. İnsanların, səbrim tükəndiyini deməsi məni narahat etmir”.