“Aston Villa” ilə heç-heçə Erik ten Haqa bir müddət vaxt verir”

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda isə futbol mütəxəssisi olaraq çalışan Qari Nevill “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqın mankunian klubundakı gələcəyindən söhbət açıb.

Sports.az ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Məncə, heç kimin oyundan dərhal sonra rəhbərlikdən ciddi qərarlar gözlədiyini düşünmürəm. Həmişə belə görünürdü ki, bunun baş verməsi üçün çox ciddi bir məqam baş verməlidir – keçən həftə “Tottenhəm” məğlubiyyət (0:3) kimi. Düşünürəm ki, “Aston Villa” ilə heç-heçə (0:0) Ten Haqa azacıq vaxt verir. “Mançester Yunayted” Premyer Liqa tarixindəki ən pis başlanğıcını yaşadı, buna görə də bayram etmək üçün heç bir səbəb yoxdur”, deyə Nevill vurğulayıb.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar