“MY-dən fərqli, Portuqaliya yığmasında rahatlıqdır” - Bruno Fernandes

Portuqaliya yığmasının və “Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Bruno Fernandes “qırmızı şeytanlar”ın heyətində çıxış etdikdən sonra, yığmanın düşərgəsinə gəlməyin necə hal olduğu ilə bağlı sualı cavablayıb.

Sports.az portuqal futbolçunun bu barədə cavabını təqdim edir:

“Özüm yerimə danışacağam. Bu, “Mançester Yunayted” üçün ən müsbət məqam deyil, çünki biz oyunlarda qalib gəlmirik, yığmada isə vəziyyət tamamilə başqadır. Komandanın qələbə üçün meydana çıxdığı və yaxşı inkişaf hərəkiliyinin olduğu yerdə özümü çox rahat hiss edirəm”, deyə “qırmızı şeytanlar”ın kapitanı bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar