Mbappe “Selta” ilə oyunda iştirak edə biləcək

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe adı ilə bağlı cinsi təcavüz qalmaqalına rəğmən, İspaniya La Liqasının 10-cu turunun “Selta” ilə səfər oyununda iştirak etməlidir.

Sports.az xatırladır ki, mətbuatın məlumatına görə, bundan əvvəl, İsveç polisinin Mbappenin ittiham edildiyi zorlama işi ilə bağlı araşdırmaya başladığı bildirilib.

Eyni zamanda, Mbappenin şübhəlilər siyahısında olması ilə bağlı hələ də rəsmi təsdiq yoxdur. Sonradan məlum olub ki, Kilian Mbappe İsveçə səfəri zamanı cinsi münasibətlərdə olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar