“Real”ın qışda hansı mövqeyi gücləndirmək niyyətində olduğu məlum oldu

“Real” qışda mərkəz müdafiəçisi almaq fikrindədir.

Sports.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi bu mövqedə kifayət qədər rəqabətin olmadığı qənaətinə gəlib: Antonio Rüdiger və Eder Militaonun hazırda cəmi iki əvəzedicisi var – dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni və bu mövqe üçün ixtisaslaşmamış və komandadan ayrılma ehtimalı yüksək olan Xesus Valyexo.

Vəziyyəti, mövsümün qalan hissəsini buraxacağı dəqiqləşmiş sağ cinah müdafiəçisi Daniel Karvaxalın ciddi zədələnməsi, həmçinin diz zədəsi ilə əlaqədar bərpası gecikən David Alabanın yoxluğu qəlizləşdirib.

Vurğulanır ki, “Real” artıq “Leypsiq”in 21 yaşlı müdafiəçisi Kastello Lyukebanı satın almaq seçimini nəzərdən keçirir. Digər namizəd isə artıq Niderland yığmasına çağırış almış “Ayaks”ın 18 yaşlı mərkəz müdafiəçisi Yorrell Hatodur. Lyukebanın transfer dəyəri 40 milyon avro, Hatonun transfer dəyəri 30 milyon avro məbləğindədir.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar