Dünya futbolu
Futbol tarixinin ən bahalı gənc oyunçusu bəlli olub
18.10.2024 | 21:40
Məşhur "Transfermarkt" portalının qiymətləndirməsindən sonra İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub.
Sports.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 150 milyon avro dəyərində qiymətləndirilir.
Buna qədər rekord İspaniyanın digər klubu "Real"ın futbolçusu Kilian Mbappeyə məxsus idi. O, Fransa təmsilçisi PSJ-də çıxış edərkən 18 yaşında 90 milyon avroya qiymətləndirlirdi. "Barselona"nın üzvü isə bu rekordu 17 yaşında qırıb və ən bahalı gənc futbolçu statusunu qazanıb.
Yamal bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 11 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.