Dünya futbolu
Amorimin “Mançester Yunayted”də alacağı maaş məlum oldu
31.10.2024 | 21:45
“Mançester Yunayted”ə baş məşqçi təyin edilməyə yaxın olan Lissabon “Sportinq”inin portuqal çalışdırıcısı Ruben Amorim “qırmızı şeytanlar”ın düşərgəsində ildə 8 milyon avro məbləğində qazanc əldə edəcək.
Sports.az xəbər verir ki, portuqal mütəxəssis “qırmızı şeytanlar”la müddəti daha bir mövsüm uzadılması imkanı ilə 2 illik müqavilə imzalayacaq.
Vurğulayaq ki, Amorimə “Mançester Siti” də ciddi maraq göstərsə də, portuqal mütəxəssis “şəhərlilər”in 39 yaşlı çalışdırıcısı, ispan mütəxəssis Xosep Qvardiolanın klubdakı gələcəyinə dair verəcəyi qərarı gözləməmək qərarına gəlib.