MY Amorimə görə nə qədər təzminat ödəyəcək?

“Mançester Yunayted” portuqal mütəxəssis Ruben Amorimin “qırmızı şeytanlar”a baş məşqçi təyin edilməsinə görə, Lissabon “Sportinq”i ilə razılığa gəlib.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” Lissabon klubuna 11 milyon avro məbləğində təzminat haqqı ödəyəcəklər.

Keçid müqabilində təxminən 10 milyon avro məbləğində, portuqal mütəxəssisin “Sportinq”lə uzunmüddətli müqaviləsinin ləğvinə görə isə 1 milyon avro məbləğdən azacıq artıq ödəniş nəzərdə tutulub.

Vurğulanır ki, Amorim “Sportinq”i daha 3 oyuna çıxaracaq. Oynlardan biri Çempionlar Liqasında “Mançester Siti”yə qarşı noyabrın 10-da – beynəlxalq fasilə ərəfəsinə təsadüf edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar