MY 2022-ci ildə Frenki de Yonqu tovlamaq istəyibmiş

“Mançester Yunayted” 2022-ci ildə “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqa, niderlandlı futbolçunun ingilis klubunun əfsanələri ilə yanaşı göstərildiyi, montaj edilmiş videonu göndərərək, onu “qırmızı şeytanlar”ın düşərgəsinə keçməyə razı salmağa çalışıb.

Sports.az xəbər verir ki, klub futbolçunu bu yolla transferə razı salmaq istəsə də, De Yonq videoya belə, baxmayıb.

Daha əvvəl məlumat yayılmışdı ki, niderlandlı futbolçu 2023-cü ilin sonunda ona yeni müqavilə təklifi ilə bağlı “Barselona”nın ismarışını cavablamayıb. Öz növbəsində Kataloniya klubu futbolçunu 2026-cı ilin yayında azad agent qismində havayı əldən vermək istəmir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar