Vinisius “Real”la müqaviləsini yeniləməyə tələsmir

“Real” “qaymaqlılar”ın 24 yaşlı braziliyalı cinah hücumçusu Vinisius Juniorla müqaviləsinin müddətini uzatmaq istəyir.

Sports.az xəbər verir ki, “Kral klubu” əsaslı olaraq gördüyü bir neçə səbəbə görə braziliyalı futbolçu ilə əməkdaşlığını davam etdirmək istəyir.

Bununla belə, Vinisius İspaniya nəhəngi ilə müqaviləsini yeniləməyə tələsmir. Futbolçu maraqlarına görə kluba təşəkkürünü bildirsə də, müqaviləsi ilə bağlı vəziyyət hazırda inkişaf etmir.

Xatırladaq ki, Vinisiusun “Real”la cari əmək müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar