Ronaldo federasiya prezidenti postuna namizəd oldu

“Real”, “İnter” və “Milan”ın sabiq hücumçusu Ronaldo Braziliya Futbol Federasiyasının prezidentliyinə namizədliyini açıqlayıb.

Sports.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu, bunun üçün yüzlərlə motivinin olduğunu bildirib:

“Yüzlərlə motivim var, amma ən əsası, dünya səviyyəsində Braziliya futboluna hörməti bərpa etməkdir”.

Ronaldo ikiqat dünya çempionu, ikiqat “qızıl top”un və “qızıl buts”un qalibidir. O, peşəkar karyerasını 2011-ci ildə, Braziliyanın “Korintians” klubunun futbolçusu kimi başa vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar