“Bayern”in futbolçusu yenidən sıradan çıxdı

“Bayern"in futbolçusu Saşa Boe zədələnərək sıradan çıxıb.

Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı müdafiəçi sol ayaq biləyindən zədələnib. O, bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Fransalı futbolçu cari mövsüm münhenlilərin heyətində 8 oyuna çıxıb. Boe 2021-2024-cü illər aralığında Türkiyənin "Qalatasaray" klubunda forma geyinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar