Noyer karyerasını “Bayern”də davam etdirmək niyyətindədir

“Bayern”in kapitanı, alman veteran qapıçı Manuel Noyer Müngen klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatmaq niyyətindədir.

Sports.az xəbər verir ki, sövdələşmənin bütün xüsusları artıq razılaşdırılıb və hər iki tərəf yeni müqavilə imzalamağa hazırdır.

Amma bunun rəsmən nə vaxt imzalanıb və elan ediləcəyi hələlik məlum deyil.

Vurğulanır ki, 38 yaşlı Noyer karyerasını davam etdirmək niyyətindədir və buna çox həvəslidir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar