Dünya futbolu
“Qalatasaray” “Roma”nın liderini ələ keçirmək istəyir
18.12.2024 | 15:30
“Qalatasaray” “Roma”nın argentinalı hücumçusu Paulo Dibalaya, futbolçunun şəxsi müqavilə şərtlərinə əsasən təklif ünvanlayıb.
Sports.az xəbər verir ki, Türkiyə nəhəngi argentinalı ulduza illik 10 milyon avro məbləğində maaş təklif edib.
Vurğulanır ki, “Qalatasaray” Dibalanın müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacağı üçün, qarşıdakı qış transfer pəncərəsində futbolçunu “Roma”ya təzminat haqqı ödəmədən və ya müəyyən az məbləğ ödəməklə, öz heyətinə qatmaq istəyir.
Eyni zamanda, argentinalı furbolçunun qışda “Roma”dan ayrılmağa həvəsli olmadığı da vurğulanır.