Avropanın aparıcı klubları Raşforda yaxın durmaq belə, istəmirlər

“Mançester Yunayted”in məzunu, ingilis sol cinah hücumçusu Markus Raşfordla hələ heç bir aparıcı klub maraqlanmayıb.

Sports.az xəbər verir ki, heç bir komanda ingilis futbolçunu meydandan kənardakı qalmaqallı davranışlarına və yüksək maaşına (həftədə 365 min funt-sterlinq məbləğ) görə öz heyətinə qatmaq istəmir.

Ən əsas səbəb isə Raşfordun hazırda öznünü ən yaxşı fiziki idman formasında olmadığı amilidir.

Ötən mövsüm Raşfordun komandaya qoşulmasında maraqlı olan Fransa nəhəngi PSJ də futbolçuya yaxın durmaq niyyətində deyil.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar