Dünya futbolu
Azərbaycanlı futbolçuların klubunda baş məşqçi ayrılığı
20.12.2024 | 23:20
Azərbaycan millisinin üzvü Renat Dadaşovun və digər azərbaycanlı futbolçu Həsən Nəzərovun çıxış etdiyi Türkiyə 1-ci Liqa təmsilçisi "Ankaragücü" baş məşqçisi Kenan Koçakla yollarını ayırıb.
Sports.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
"Ankaragücü" 1-ci Liqada 23 xalla səkkizinci sırada yer alıb.