Səudiyyə Ərəbistanının 5 klubu Raşfordun xidmətində maraqlıdır

Səudiyyə Ərəbistanının “Əl-İttihad”, “Əl-Hilal”, “Əl-Nəsr”, “Əl-Əhli” və “Əl-Kadisiya” klubları “Mançester Yunayted”in məzunu, 27 yaşlı ingilis cinah hücumçusu Markus Raşfordla maraqlanırlar.

Sports.az xəbər verir ki, bu klublar gələn yay ingilis futbolçunu transfer etməyə cəhd edə bilərlər.

Eyni zamanda, Raşfordun özünün isə Avropanı tərk etmək arzusu yoxdur.

Daha əvvəl mətbuatda, “Mançester Yunayted”in Markus Raşfordu bu qış satmağa hazır olduğu barədə məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar