“Lokomotiv”in braziliyalı müdafiəçisi vətəninə qayıda bilər

Moskva “Lokomotiv”inin braziliyalı müdafiəçisi Lukas Fasson bu qış “Fluminense”yə keçə bilər.

Sports.az xəbər verir ki, Braziliya klubu futbolçunun ətrafı ilə əlaqə saxlayıb və ilkin müzakirələrdən sonra Fasson təklifdən razı qalaraq, transferdə maraqlı olduğunu bildirib.

Bildirilir ki, indi “Fluminense” “Lokomotiv”lə danışıqlara girməyə çalışacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar