Dünya futbolu
“Mançester Siti”nin zədəlilərindən biri sıraya döndü
21.12.2024 | 14:40
Manuel Akanji “Mançester Siti”nin əsas heyətində məşqləri bərpa edib.
Sports.az xəbər verir ki, bu barədə “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola danışıb:
“Akanji məşqə qayıtdı. Bu, bizim üçün əla xəbərdir. Onun qarşıdakı matçda oynamağa hazır olub-olmayacağını hələ bilmirəm. Dünən onun yalnız ilk tam məşqi idi”.
Akanji Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə oyunda zədələnmişdi.
“Mançester Siti”nin növbəti oyunu İngiltərə çempionatının 17-ci turunda “Aston Villa” ilə olacaq.