“Mançester Yunayted”in futbolçusu uzun müddətə sıradan çıxdı

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Meyson Maunt uzun müddətə sıradan çıxıb.

Sports.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim danışıb.

Mütəxəssis İngiltərə Premyer Liqasının 16-cı turunda baş tutan "Mançester Siti" ilə matçın (2:1) 14-cü dəqiqəsində zədələnən futbolçunun bir neçə həftə oynamayacağını bildirib.

“Qırmızı şeytanlar" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar