Luis Enrike PSJ rəhbərliyi ilə fikir ayrılığı yaşayır

Fransa nəhəngi PSJ qarşıdakı qış trasnfer pəncərəsində komandanın hücum xəttini gücləndirmək niyyətindədir.

Sports.az xəbər verir ki, Paris klubunun rəhbərliyi diqqətini “Napoli”nin “Qalatasaray”da icarə əsasında çıxış edən nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen üzərində cəmləsə də, parislilərin ispan baş məşqçisi Luis Enrike bu keçidin əleyhinədir.

Hazırda məsələ qeyri-müəyyən olaraq qalır. Qış trasnfer pəncərəsinin açılması ilə bu keçidin aqibəti ilə bağlı müəyyənlik əldə ediləcəyi vurğulanır.

Əlavə edək ki, Paris klubunun təmsilçiləri Osimhenin nümayəndələri ilə görüş də keçiriblər, ancaq təfərrüat açıqlanmır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar