MY “Atalanta”nın liderini ələ keçirmək niyyətindədir

“Mançester Yunayted” “Atalanta”nın aparıcı oyunçularından olan 25 yaşlı braziliyalı yarımmüdafiəçi Edersonu qarşıdakı qış trasnfer pəncərəsində satın almaq niyyətindədir.

Sports.az xəbər verir ki, “Atalanta” 60 milyon avro məbləğindən başlayan təklifləri nəzərdən keçirməyə hazır olsa da, Edersonu mövsüm ortasında əldən buraxmaq fikrindən uzaqdır.

Belə ki, “Atalanta” cari mövsümdə bütün cəbhələrdə inamla mübarizə aparır və heyətinin özəyini qoruyub-saxlamaq niyyətidədir. “Mançester Yunayted” isə yeni baş məşqçisi, portuqal mütəxəssis Ruben Amorimin rəhbərliyi altında tez bir zamanda iddiasını ortaya qoymaq üçün “təzə qan”a ehtiyac duyur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar