Dünya futbolu
“Barselona” rəhbərliyi Flikə etimadını saxlayır
23.12.2024 | 11:30
“Barselona” rəhbərliyi “blauqrana”nın son uğursuzluqlarına rəğmən, alman baş məşqçi Hans-Diter Flikə münasibətdə etimadını qoruyub-saxlayır.
Sports.az xəbər verir ki, klub rəhbərliyi “blauqrana”nın düşərgəsindəki vəziyyətin gələn ilin yanvar ayında müsbət istiqamətdə dəyişəcəyinə inanır.
Belə ki, Flikin komandası yüksək səviyyəli futbol nümayiş etdirir. “Barselona”nın rəhbərliyi vurğulayır ki, alman mütəxəssis komandanın oyununu təkmilləşdirib, həmçinin bəzi futbolçuların fərdi tərəqqisinə təsir edib.