MY PSJ-nin müdafiəçisini öz heyətinə qatmaq üçün şirnikləndirir

“Mançester Yunayted” PSJ-nin 22 yaşlı portuqaliyalı sol cinah müdafiəçisi Nunu Mendeşi “qırmızı şeytanlar”ın düşərgəsinə keçməyə razı salmaq üçün futbolçuya sərfəli maliyyə təklifi edib.

Sports.az xəbər verir ki, Mendeş PSJ-nin ən az maaş alan futbolçularından biridir, Paris klubu isə müdafiəçi ilə onun müəyyən etdiyi şərtlərlə müqaviləni yeniləmək istəmir.

Nəticədə futbolçu və ətrafı klub rəhbərliyini məlumatlandırıb ki, portuqal futbolçu PSJ-dən ayrılmaq haqda düşünəcək.

Bu mənzərədə “Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorim Nunu Mendeşi “Mançester Yunayted”in əsas transfer hədəfi olaraq müəyyənləşdirib.

Vurğulanır ki, Mendeş İngiltərə nəhənginin müvafiq marağından xoşlanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar