Dünya futbolu
Balotelli “Cenoa”dan ayrıla bilər
29.12.2024 | 12:00
“Cenoa”nın 34 yaşlı italiyalı hücumçusu Mario Balotelli gələn ilin yanvarında “Qrifon”un düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, futbolçu ilə Meksika “Kruz Asul”u maraqlanır.
Bildirilir ki, Balotelli ilə “Kruz Asul” arasında danışıqlar inkişaf mərhələsindədir. Tərəflər hələ də hücumçunun maaşını razılaşdırmalıdırlar.
Xatırladaq ki, Balotelli “Cenoa”ya cari ilin oktyabr ayının sonunda azad agent qismində keçib.