Dünya futbolu
MS “Real Sosyedad”ın dayaq yarımmüdafiəçisini satın alamağa hazırdır
29.12.2024 | 15:00
“Mançester Siti” 2025-ci ilin yanvar ayında, “Real Sosyedad”ın ispan yarımmüdafiəçisi Martin Subimendi müqabilndə, futbolçunun müqaviləsində nəzərdə tutulmuş 50 milyon avro məbləğində sərbəstqama maddəsini ödəyə bilər.
Sports.az xəbər verir ki, ispan futbolçu “Real Sosyedad”dan ayrılmağa razılıq verərsə, Subimendinin digər klublar tərəfindən transferi məsələsində iddiaçılar “Mançester Siti”nin ciddi rəqabəti ilə üzləşəcəklər.
Vurğulanır ki, “Mançester Siti” Subimendini “şəhərlilər”in ispan zədəli dayaq yarımmüdafiəçisi Rodrinin əvəzləyicisi kimi nəzərdən keçirir.