Dünya futbolu
“Yamalı qorumaq gərəkdir, çünki onun qeyri-adi istedadı var”
29.12.2024 | 14:20
“Barselona”nın bosniyalı keçmiş yarımmüdafiəçisi Mirələm Pyaniç “blauqrana”nın 17 yaşlı ispan yeniyetmə sağ cinah hücumçusu Lamin Yamal haqda xatirəsini paylaşıb.
Sports.az Pyaniçin müvafiq xatirəsini təqdim edir:
“Mənə Lamin Yamalın topla necə işlədiyini görmək xoşdur. Mən “Barselona”da olanda artıq onun haqqında danışılırdı. İnsanlar mənə onun gələcəyin ulduzu olacağını deyirdilər və onlar haqlı idilər. Onu qorumaq gərəkdir, çünki onun qeyri-adi istedadı var”, deyə Pyaniç vurğulayıb.
Xatırladaq ki, Pyaniç 2020-2022-ci illərdə “Barselona”da çıxış edib.