Dünya futbolu
De Yonq “Barselona”nın təklifinə məhəl qoymadı
29.12.2024 | 16:00
“Barselona”nın 27 yaşlı niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq 2026-cı ilin yayında başa çatacaq müqaviləsinin müddətinin uzadılması haqda Kataloniya klubunun təklifini cavablamayıb.
Sports.az xəbər verir ki, “Barselona” rəhbərliyinin əksəriyyəti niderlandlı futbolçunun satılmasının tərəfdarıdır.
De Yonq “Barselona”nın əsas oyunçusu hesab edilmir. Klub hələ də yarımmüdafiəçinin yüksək səviyyəli futbolçu olduğuna inanır, amma De Yonq son mövsümlərdə özünü təsdiq edə bilməyib, belə ki, buna futbolçunun mütəmadi ağır zədələnməsi də təsir göstərib.