İngiltərənin üç nəhəngi Olmoya göz dikib

“Mançester Yunayted”, “Mançester Siti” və “Arsenal” “Barselona”nın, İspaniya La Liqasının cari mövsümünün ikinci hissəsi üçün qeydiyyatdan keçə bilmədiyi ispan yarımmüdafiəçi Daniel Olmo ilə bağlı vəziyyəti diqqətlə izləyirlər.

Sports.az xəbər verir ki, bu klublar yaranmış vəziyyətdən istifadə edərək ispan futbolçunu transfer edə bilərlər.

Xatırladaq ki, Olmonu qeydiyyatdan keçirmək üçün son tarix dekabr ayının 31-dir. “Barselona” bu vəziyyətlə bağlı birinci mərhələ məhkəməsinə yeni ərizə təqdim etmək niyyətindədir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar