Dünya futbolu
MY “Milan”ın müdafiəçisi ilə maraqlanır
30.12.2024 | 17:00
“Mançester Yunayted” “Milan”ın 27 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Fikayo Tomori ilə maraqlanır.
Sports.az xəbər verir ki, “qırmızı şeytanlar”ın portuqal baş məşqçisi Ruben Amorim yeni mərkəz müdafiəçisi ilə müqavilə imzalamağa qarşı deyil, çünki ingils müdafiəçi Harri Maquayr və isveçli müdafiəçi Viktor Lindelöfün müqavilələri gələn yayda başa çatacaq və bu futbolçuların gələcəyi ilə bağlı məsələ qeyri-müəyyən olaraq qalır.
Vurğulanır ki, “Mançester Yunayted” 2023-cü ildən Tomori ilə maraqlanır.