Motta “Milan”ın müdafiəçisini “Yuventus”da görmək istəyir

“Yuventus”un baş məşqçisi Tiaqu Motta Turin klubunun rəhbərliyindən qış transfer pəncərəsində “Milan”ın ingiltərəli müdafiəçisi Fikayo Tomori ilə müqavilə imzalamasını istəyir.

Sports.az xəbər verir ki, Motta Tomorini qış transfer pəncərəsində “byankoneri”nin heyəti gücləndirmək üçün üstün namizədlərdən biri hesab edir.

Klubların transferlə bağlı hələ birbaşa danışıqlar aparmadığı bildirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar