“Milan”da baş məşqçi istefası

İtaliyanın "Milan" klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.

Sports.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu barədə "Roma" ilə heç-heçə (1:1) etdikləri A Seriyasının 18-ci turunun oyunundan sonra açıqlamasında bildirib.

Fonseka Milan təmsilçisini tərk etdiyini söyləyib: "Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim".

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjio Konseysao əvəzləyəcək.

Komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb.

Fonseka bu ilin iyunundan "Milan"da işləyirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar