Dünya futbolu
Filipp Lam Manuel Noyerin “Bayern”dəki gələcəyindən söhbət açdı
01.01.2025 | 13:00
“Bayern”in və Almaniya yığmasının keçmiş müdafiəçisi Filipp Lam 38 yaşlı alman qapıçı Manuel Noyerin Münhen klubundakı gələcəyindən danışıb.
Sports.az xatırladır ki, Noyerin “Bayern”lə hazırkı əmək müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
“O, düzgün qərar verməlidir. Bu, hisslər məsələsidir. Mən 2014-cü il dünya çempionatından sonra milli komandadan, üç ildən sonra isə “Bayern”dən ayrılmışdım”.