“Real” Ançelottinin ayrılmasını təxmin etmir

“Real” rəhbərliyi “qaymaqlılar”ın italyan baş məşqçisi Karlo Ançelottinin cari mövsümün sonuna qədər müddət ərzində istefaya göndərilə biləcəyinə heç bir əsas görmür.

Sports.az xəbər verir ki, “Real” rəhbərliyi, “qaymaqlılar”ın bir müddət əvvəl uğursuzluqlar zolağında olduğu vaxt kəsimində italyan mütəxəssisin istefasının mümkünlüyünü istisna etməyib.
Amma rəhbərlik, “qaymaqlılar”ın İspaniya La Liqasının 16-cı turunda “Jirona”a üzərində 3:0 hesablı inamlı qələbəsindən sonra, bütün şübhələri başından atıb.

“Kral Klubu”nun Karlo Ançelottini çox dəyərləndirdiyi və italyan mütəxəssisin məşqçik fəaliyyətini başa vurması ilə ona “Real”ın klub strukturunda bir vəzifə təklif edə biləcəyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar