“Bir ildən sonra “Mançester Yunayted” daha da...”

“Liverpul”un və İngiltərə yığmasının keçmiş müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”in portuqal baş məşqçisi Ruben Amorimə dəstək olub.

Sports.az ingilis təhlilçinin bu barədə qənaətini təqdim edir:

“Ruben Amorimin yeni səhifədən başlanacaq çox işi olacaq. Onun daha çox vaxt və səbrə ehtiyacı olacaq, xüsusən də böyük müqavilələri olan zəif çıxış nümayiş etdirən oyunçuları klubdan kənarlaşdırmaq üçün. Hazırda “Mançester Yunayted”də baş verənlər gözlənildiyi kimidir – bir neçə yaxşı nəticə onlara nə üçün yeni çalışdırıcıya ehtiyac duyduqlarını xatırladır. 2025-ci ilin dekabrına qədər onlar daha yaxşı, daha sabit komanda olacaqlar, xüsusən də Amorimin tam mövsümöncəsi və fikirlərini həyata keçirmək üçün yeni oyunçuları olduqda”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar