“Betis” “Mançester Yunayted”in hücumçusu ilə bağlı danışıqlar aparır

“Betis” 24 yaşlı braziliyalı cinah hücumçusu Antoninin icarəsi ilə bağlı “Mançester Yunayted”lə ilkin danışıqlar aparır.

Sports.az xəbər verir ki, Əndəlüs klubu futbolçunun maaşına görə müqavilənin baş tutacağını çətin hesab edir, amma futbolçunun komandanın oyun tərzi üçün mükəmməl olduğuna əmindir.

Buna görə də “Betis” bütün şərtlərin hər iki tərəf üçün faydalı olması üçün sövdələşməni rəsmiləşdirməyə çalışacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar