Məhkəmə oyunçuların qeydiyyatı ilə bağlı “Barselona”nın şikayətini rədd etdi

Birinci mərhələ məhkəməsi “Barselona”nın, ispan futbolçular – yarımmüdafiəçi Daniel Olmo və hücumçu Pau Viktorun İspaniya La Liqası cari mövsümünün ikinci hissəsi üçün qeydiyyata alınması ilə bağlı müraciətini rədd edib.

Sports.az xəbər verir ki, bu, Kataloniya klubunun məhkəməyə müraciət etmək üçün sonuncu cəhdi olub.

İndi “Barselona” Olmo və Viktoru yalnız “Kamp Nou”da VIP oturacaqların satışı ilə bağlı müqavilə təsdiqləndiyi təqdirdə imzalaya biləcək.

Xatırladaq ki, daha əvvəl “Barselona”ya futbolçuları qeydiyyatdan keçirmək qadağan edilmiş və Kataloniya klubu bu qərardan məhkəməyə şikayət ünvanlamışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar