Karrager Premyer Liqanın yekun ilk dördlüyünə dair təxmin verdi

“Liverpul”un və İngiltərə yığmasının keçmiş müdafiəçisi Ceymi Karraqer cari mövsümün sonunda İngiltərə Premyer Liqasının yarış cədvəlində ilk dördlüyün necə qərarlaşacağını təxmin edib.

Sports.az ingilis təhlilçinin bu barədə fikrini təqdim edir:

“Mən, “Liverpul”un “Arsenal”dan birinci yeri qoparacağını iddia edəndə başımla və ürəyimlə danışıram. Arne Slotun hücum seçimləri Premyer Liqada ən güclüsüdür. “Liverpul”la bağlı məni narahat edən yeganə xüsus əsas oyunçuların zədələridir. Bundan qaça bilsələr, onlara yetişmək çətin olacaq. “Çelsi” üçüncü, “Mançester Siti” isə fəsadlarına rəğmən, Çempionlar Liqasına vəsiqə verəcək sonuncu – dördüncü yeri tutacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar