“Çox çətin dövrlərimiz oldu” – Gündoğandan müraciət

“Mançester Siti”nin türkəsilli almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan “şəhərlilər”in hazırda yaşadığı böhran mənzərəsində komandanın azarkeşlərinə müraciət ünvanlayıb.

Sports.az Gündoğanın müvafiq müraciətini təqdim edir:

“Bu il bizə göstərdiyiniz dəstəyə görə sizə təşəkkür etmək istərdim. Bilirəm ki, bu yaxınlarda çox çətin dövrlərimiz oldu – bunu əvvəllər “Mançester Siti”də heç vaxt yaşamamışıq. 2025-ci ildə sizə və yaxınlarınıza ən yaxşısını diləyirəm!”, deyə Gündoğan özünün “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar